Bakıda taksi sürücüsünün qorxulu hərəkətləri anbaan kameraya düşüb.
"Unikal" xəbər verir ki, hadisə mayın 23-də, Bakı-Sumqayıt yolunda (avtovağzalın qarşısında) baş verib.
Belə ki, taksi fəaliyyəti ilə məşğul olan sürücü idarə etdiyi 99-UP-654 qeydiyyat nişanlı "Opel" markalı avtomobili ilə xanım sürücünün sükan arxasında olduğu avtomobilin qarşısını kəsib.
Bu barədə həmin xanım sürücünün yaxını Avtosfer.az-a məlumat verib:
"Görüntüdəki avtomobilin sürücüsü öncə xanım sürücünü yolda sıxışdırıb. Daha sonra isə onun qarşısını kəsərək avtomobildən düşüb. Bu azmış kimi avtomobilində soyuq silah kimi gəzdirdiyi dəyənəyi götürərək xanımın üzərinə hücum edib. Həmin vaxt hadisə ilə üzləşən xanım sürücü qorxu və həyəcan keçirib", - deyə oxucu bildirib.
O, hüquq mühafizə orqanlarından həmin sürücünün cəzalandırılmasını xahiş edib.