Azərbaycanın qadınlardan ibarət voleybol millisi Qızıl Avropa Liqasında növbəti oyununa çıxıb.

"Unikal" xəbər verir ki, II turun ilk matçında səfərdə Rumıniya kollektivi ilə üz-üzə gələn yığmamız görüşdən 0:3 (19:25, 15:25,10:25) hesabı ilə məğlub ayrılıb.

Qeyd edək ki, komandamız daha əvvəl Xorvatiya üzərində (3:0) qələbə qazanıb, Rumıniyaya isə (0:3) məğlub olub.