Çeçenistan hökumətinin keçmiş rəhbəri Müslüm Xuçiyev “Çeçenistan Respublikasının Qəhrəmanı” adını alıb.

"Unikal" xəbər verir ki, bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov özünün "Telegram" kanalında məlumat verib.

“Əlbəttə, o, respublikamızın sosial-iqtisadi inkişafına böyük töhfə verib”, – Çeçenistan rəhbəri vurğulayıb.

Kadırov qeyd edib ki, o, Xuçiyevi əldə etdiyi nailiyyətlərə görə ən yüksək regional titulla təltif edib.

Qeyd edək ki, Müslüm Xuçiyev bir neçə gün əvvəl Çeçenistanın Baş naziri postundan istefa verib. O, Rusiyanın Baş naziri Mixail Mişustinin köməkçisi təyin edilib.