Azərbaycanın 2024-cü il üzrə dövlət büdcəsində müdafiə və milli təhlükəsizlik xərclərinin 6 421 milyon manatdan 7 126,35 milyon manata çatdırılması nəzərdə tutulub.

"Unikal" xəbər verir ki, bu, Maliyyə Nazirliyinin yaydığı 2024-cü ilin dövlət və icmal büdcələrinə dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsində əksini tapıb.

Bildirilib ki, müdafiə və milli təhlükəsizlik xərcləri 705,3 milyon manat (11,0 faiz) artırılır.