Gəncədə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan "Unikal"a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində bir mənzildən ümumi dəyəri 2383 manat olan qızıl-zinət əşyalarını oğurlamaqda şübhəli bilinən Elşad İbrahimov saxlanılıb.

Araşdırmalar zamanı şəxsin daha bir vətəndaşa məxsus 7 baş xırdabuynuzlu heyvanı oğurlaması da məlum olub.

2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə isə dəyəri 4170 manat olan müxtəlif təyinatlı elektrik avadanlıqları oğurlayan Murad Qasımov və ümumilikdə 1300 manat dəyərində müxtəlif məişət əşyalarını oğurlamaqda şübhəli bilinən Kənan Rüstəmov saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.