"İrəvan" komandası növbəti mövsüm Azərbaycan I Liqasında iştirak etməyəcək.
"Unikal" xəbər verir ki, AFFA-nın Lisenziya Komissiyası sözügedən kluba 2024/2025 mövsümündə turnirdə iştirak üçün lisenziya verməyib.
Əvəzində II Liqada çempion olan “Baku Sportinq” yarışda mübarizə aparacaq. Paytaxt təmsilçi bunun üçün müvafiq lisenziyaya da sahib çıxıb.