Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ rayon təşkilatı Qobustan qəsəbəsində yerləşən 321 nömrəli tam orta məktəbdə 28 May - Müstəqillik Günü və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir keçirib.

"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən YAP rayon təşkilatının sədri Qafar Əliyev, 321 nömrəli tam orta məktəbin direktoru Könül Hüseynova və digərləri Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, 23 aylıq fəaliyyəti dövrü haqqında məlumat veriblər. Qeyd olunub ki, SSRİ-nin süqutundan sonra yenidən dövlət müstəqilliyini əldə edən ölkəmiz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müdrik siyasəti sayəsində öz suverenliyini qoruyub saxlayıb, dünya birliyinin ən sürətlə inkişaf edən və beynəlxalq nüfuza malik olan üzvünə çevrilib.  Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə olunan tarixi zəfərlərlə xalqımızın çoxəsrlik tarixinin ən şanlı səhifələrinin yazıldığı vurğulanıb.

Çıxışlarda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın qəbul olunması beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın bariz nümunəsi kimi qiymətləndirilib.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam edib.