"Moskva yaxın vaxtlarda xüsusi hərbi əməliyyatda istədiyi nəticələrə nail olacaq".
"Unikal" xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Leninqrad vilayətindəki Pesoçnenski hərbi poliqonuna səfəri zamanı bildirib.
“Əminəm ki, sizin kimi hərbçilər sayəsində, gələcək zabitlər sayəsində biz çox yaxın gələcəkdə lazım olan nəticələrə nail olacağıq. Nəticələr isə məlumdur. Bizə yalnız qələbə lazımdır və bu qələbəni də əldə edəcəyik", - deyə Medvedev qeyd edib.