Şəkidə yaşayış evi tamamilə yanıb. 

"Unikal" xəbər verir ki, yanğın hadisəsi rayonun Fazıl kəndində baş verib.

Hadisə yerinə yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı 1947-ci il təvəllüdlü Nəsibov Qasım Bünyət oğluna məxsus 120kv/m olan yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seymur Əli