PSJ Rusiya yığmasının qapıçısını transfer edib.

"Unikal" xəbər verir ki, Matvey Safonov Paris klubu ilə 5 illik müqavilə imzalayıb.

Qolkiperin çıxış etdiyi “Krasnodar” bu transferdən 20 milyon avro qazanıb. Safonovun yaxın günlərdə tibbi müayinədən keçəcək.

Qeyd edək ki, 25 yaşlı qapıçı “Krasnodar” klubunun yetirməsidir. O, başa çatan Rusiya çempionatında 30 oyunda meydana çıxıb və qapısından 37 top buraxıb.