Rusiya millisinin qapıçısı Andrey Lunyov “Qarabağ”la müqavilənin müddətini uzatmağa yaxındır.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, tərəflər ilkin danışıqlarda yeni anlaşma şərtləri ilə bağlı fikir ayrılığı yaşasa da, indi fərqli qərar verməyi düşünür. Razılıq əldə olunarsa, A. Lunyov növbəti mövsümdə də “köhlən atlar”ın şərəfini qoruyacaq.
Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 33 matçda meydanda olub. O, 10 görüşdə qapısını toxunulmaz saxlayıb.