AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
"Unikal" xəbər verir ki, qurum iki baş məşqçi ilə bağlı qərar verib.
U-14 Liqasında keçirilən “Qəbələ” – “Azart” oyunu bitdikdən sonra qonaqların baş məşqçisi Səxavət Ağazadə hakimlər briqadasını təhqir edib. Bu üzdən çalışdırıcı 3 oyun cəzalandırılıb.
U-15 Liqasında keçirilən “Sumqayıt” – “Qəbələ” matçında qonaqların cəzalı olan məşqçisi Şəhruz Mustafayev oyun ərzində hakimlərin ünvanına qeyri-etik ifadələr işlədib. Onun cəzasının üzərinə 5 oyun əlavə edilib.
U-14 Liqasında keçirilən “Şirvansaray” – “Astara” qarşılaşmasında qonaqların rəsmisi Qəhrəman Mirzəyev öz futbolçusu Yusif Qurbanovu təhqir etdiyinə görə qırmızı vərəqə ilə texniki zonadan kənarlaşdırılıb. O, 5 oyunluq diskvalifikasiya edilib.