"Yeşilçam"ın ulduzu Kadir İnanırın səhhəti pisləşib.
"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, 75 yaşlı sənətçi bu gün xəstəxanaya yerləşdirilib.
Onun səhhəti ilə bağlı hələlik heç bir açıqlama verilməyib.
Qeyd edək ki, 2021-ci ilin sonu parkda gəzən zaman halı pisləşən Kadir İnanır xəstəxanaya çatdırılmışdı. Aktyorun qəfildən vəziyyətinin pisləşməsinə səbəb beyin damarında yaranan laxtalanma olmuşdu. Aktyorun bədəninin 80 faizinin iflic olma riski ilə qarşı-qarşıya qaldığı açıqlanmışdı. O, keçən ay da xəstəxanaya yerləşdirilmişdi.