Türkiyəli aktyor Murad Yıldırımın yeni serialda rol alacaq.

"Unikal" Türkyə mətbuatına istinadən xəbər verir ki, “NOW” TV-də yayımlanacaq ekran işində aktyorun tərəf müqabili Ebru Şahin olacaq.

Qeyd edək ki, Murad Yıldırım hazırda "Teşkilat" serialında rol alır. Onu layihənin yeni mövsümündə aktyor Tolqa Sarıtaş əvəz edəcək.