Keçmiş model Deniz Akkaya 16 yaşlı qızı Ayşe ilə yaşadığı mübahisəni X sosial şəbəkəsində yazması böyük səs-küyə səbəb olub.
“Unikal” xəbər verir ki, bu barədə türk mətbuatı məlumat yayıb. Bildirilir ki, Ayşenin ona hücum etdiyini, onu eyvana bağladığını, evə polis çağırdığını deyən Akkayanın qızı Uşaq Müdafiə Yataqxanasına yerləşdirilib. Akkaya bu məsələ ilə bağlı yeni açıqlama verib: "16 ildir tək başına baxdığım qızımın inadla saxladığı telefonunu ələ keçirdim. Məndən xəbərsiz xariclə bağlı planlar qurduğunu öyrənincə telefonunu əlindən aldım. Mənə qarşı fiziki şiddət göstərdi. Üstəlik eyvana bağladı və 1, 5 saat orada bağlı qaldım. 112-yə üç dəfə zəng etdikdən sonra xilas oldum.”