Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini narkotik vasitələrin təsiri altında idarə edən A.Əsədov, X.Qubadov və T.Zərbalıyev saxlanılıblar.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, müayinə zamanı onların marixuana istifadə etdikləri məlum olub.

Sürücülər barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.