Məşhur futbolçu Lionel Messinin də formasın geyindiyi "İnter Mayami" MLS-də 17-ci tur oyununa çıxıb.
"Unikal" xəbər verir ki, komanda evdə "Atlanta Yunayted"lə üz-üzə gəlib. Görüşdə qonaqlar 3:1 hesablı qələbə qazanıblar.
Messi bu oyunda meydana start heyətdə çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 62-ci dəqiqədə Messi vurub.
Qeyd edək ki, "İnter Mayami" hazırda MLS-in turnir cədvəlində 34 xalla liderdir.
"İnter Mayami" - "Atlanta Yunayted" - 1:3
Qollar: Messi, 62 - Lobjanidze, 44, 59, Tjare, 73