Unudulmaz obrazlar yaradan kino və teatr aktyoru Ahmet Uğurlu dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, 72 yaşlı aktyor zərçəng xəstəliyindən vəfat edib.
Ahmet Uğurlu 13 ildir Türkiyə dövlət teatrlarında tamaşalarda rol alıb. Aktyor Mustafa Uğurlunun böyük qardaşı olan Ahmet Uğurlu məşhur film və seriallarda da çəkilib.
Ahmet Uğurlu sabah İstanbulda torpağa tapşırılacaq.
Türkiyənin mədəniyyət və turizm Naziri Mehmet Nuri Ersoy aktyorun ölümü ilə bağlı başsağlığı verib.