Əfsanəvi Rud van Nistelroy bu mövsüm yenidən İngiltərə Premyer Liqasına yüksələn “Lester”in yeni baş məşqçisi ola bilər. 

"Unikal" xəbər verir ki, bu barədə belçikalı jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Xəbərə görə, niderlandlı mütəxəssis "Çelsi"yə keçəcək "Lester"in hazırkı baş məşqçisi Entso Mareskanı əvəz edəcək. 

“Mançester Yunayted”in və “Real”ın keçmiş forvardı ötən ilin may ayında PSV-dən ayrıldıqdan sonra işsizdir. O, 2022-ci ilin martından Eyndhoven klubuna rəhbərlik edirdi və klub rəhbərliyi tərəfindən kifayət qədər dəstək hiss etmədiyi üçün öz istəyi ilə ayrılıb.