Hazırda "Now" da mövsüm finalı yayımlanan "Hudutsuz sevda" serialında iki ayrılıq yaşanacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işinə "Nihat" obrazına həyat verən aktyor Hüseyn Soysalan və "Serkan"ı canlandıran Kaan Turqut vida edəcəklər.

Qeyd edək ki, serialın baş rollarını Miray Danerlə Deniz Can Aktaş canlandırır. Layihə yeni mövsümdə qaldığı yerdən davam edəcək.