Məşhur cütlük Kaan Yıldırım və Pınar Dənizinin ayrıldığı iddia olunub.
"Unikal" xəbər verir ki, Türkiyə mətbuatında dərc olunan məlumata görə, aktyor Pınara xəyanət edib. Bu səbəbdən aktrisa Kaanla yollarını ayırıb. Yayda evlənəcəyi bildirilən cütlüyün ayrılma xəbəri gündəm mövzusu olub.
Bunun fonunda aktrisa Pınar Dəniz sosial media hesabında Kaanın fotosunu yayımlayaraq, ayrılıq xəbərlərini təkzib edib.