Ordubad, Culfa Rayon Polis Şöbəsinin və Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən yabanı halda bitmiş 14790 ədəd narkotik tərkibli çətənə kolu aşkar olunaraq, yandırma yolu ilə məhv edilib.
Naxçıvan MR Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Unikal"a verilən məlumata görə, faktla bağlı araşdırmalar davam etdirilir.