Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında növbəti qələbəsini qazanıb.

Unikal” xəbər verir ki, ölkəmizin ev sahibliyi etdiyi 3-cü turun ilk oyununda komandamız Estoniya yığması ilə üz-üzə gəlib.

Qarşılaşmaya daha üstün başlayan Faiq Qarayevin baş məşqçisi olduğu komanda təşəbbüsü sonadək qoruyub və meydandan 3:0 hesablı qələbə ilə ayrılıblar.

Qeyd edək ki, komandamız növbəti oyununu iyunun 2-də saat 17:00-da keçirəcək. Rəqibimiz Avstriya yığması olacaq. Sabah isə Estoniya və Avstriya yığmaları qarşılaşacaqlar.