Amerikalı müğənni Madonna yenidən məhkəməlik olub.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, sənətçini Castin Lipeles adlı pərəstişkarı konserti zamanı simulyasiya edilmiş seksə baxmağa məcbur etməkdə ittiham edib.
Onu "Celebration" turu çərçivəsində şounun açıqlığı heyrətə gətirib. O hesab edir ki, müğənni biletləri almamışdan əvvəl insanlara konsertin məzmunu ilə bağlı xəbərdarlıq etməli idi.
Bundan əlavə, Lipeles şounun gec başlamasından və zalda kondisionerin işləməməsindən şikayətlənib ki. Konsert zamanı onunıa birlikdə bir çox tamaşaçının özünü pis hiss edib. O, biletə xərclənən pulun geri qaytarılmasını və sənətçinin yersiz şəkildə qazanc əldə etdiyi üçün kompensasiya tələb edib.