Şəmkirdə toyda bıçaqlanma olub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"a bildirib ki, Şəmkir Rayon Polis Şöbəsinə rayonun Səməd Vurğun adına kənd sakini, 1968-ci il təvəllüdlü Mustafa Zeynalovun kəsici-deşici alətlə çiyin nahiyəsinin daxilə keçməyən xəsarət alması barədə məlumat daxil olub.
Araşdırmalarla M.Zeynalova toy mərasimində həmkəndlisi - 2005-ci il təvəllüdlü Qafar Abbasovun xəsarət yetirməsi məlum olub.
Şübhəli şəxs saxlanılıb, araşdırmalar davam etdirilir.