Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində avtomobil qaçırmaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş Mövsüm İsgəndərov saxlanılıb.

"Unikal"ın məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, M. İsgəndərov iyun ayının 2-nə keçən gecə Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçırıb. O, Yevlax şəhərində saxlanılıb.

Bundan başqa araşdırmalar zamanı onun digər bir Gəncə şəhər sakininə məxsus "VAZ-2106" markalı avtomobili qaçıraraq işıq dirəyinə vurması müəyyən olunub.

Şübhəli şəxs istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir