İngiltərə "Arsenal"ı 22 futbolçusu ilə yollarını ayırıb.
"Unikal" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. London təmsilçisi 22 futbolçunun başa çatan müqaviləsini yeniləməyib. Həmin futbolçular Mauro Bandeyra, Omari Benjamin, Luis Braun, Katalin Kirjan, Noa Koper, Sabrina D`Anxelo, Henri Deyvis, Ovie Ejeri, Mohammed Elneni, Teylor Foran, Haber Qratçzuk, Ceyms Hillson, Henri Ceffkott, Tayris Con-Cils, Aleks Kirk, Ceyms Lannin-Svit, Keylan Markkiz, Vivian Midema, Artur Okonkvo, Kamarni Rayan, Sedrik Suares və Kido Teylor-Hartdır.
Həmçinin klub bunu da qeyd edib ki, Amario Koze Dyuberri, Karl Heyn və Ruel Uolterslə müqaviləni yeniləmək üçün danışıqlar aparırlar.
Qeyd edək ki, "Arsenal" Premyer Liqanın 2023/24 mövsümündə 89 xall 2-ci yeri tutub. Komanda çempion "Mançester Siti"dən cəmi 2 xal geri qalıb.