"Fiorentina"nın baş məşqçisi Vinçentso İtalyano istefa verib.

"Unikal" xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib:

“Mən fərqli və daha yaxşı insanları tərk edirəm. Bənövşəyi izdihamı həmişə ürəyimdə daşıyacağam. Yaxşı üç il keçirdik. Ayrılıq qərarımı açıqladıqdan sonra hamımız paltardəyişmə otağında ağlayırdıq. Mən hər şeyimi komandaya verdim".

İtaliyalı mütəxəssis 2021-ci ilin iyun ayından bu komandanı çalışdırırdı.

Qeyd edək ki, "Fiorentina" 2023/24 mövsümündə A seriyasında 8-ci yeri tutub. Komanda Konfrans Liqasının finalında "Olimpiakos"a uduzub.