“İğdır-Naxçıvan qaz boru kəmərində işlər intensiv şəkildə davam edir".
"Unikal" xəbər verir ki, bunu Türkiyənin energütika naziri Alparslan Bayraktar azərbaycanlı həmkarı Pərviz Şahbazovla görüşü zamanı deyib.
“Bu xətti vaxtından əvvəl hazır edəcəyik. Naxçıvanın qazı bu ilin qış aylarında Türkiyə üzərindən gələcək”, - deyə türkiyəli nazir bildirib.
Türkiyə hökumətinin üzvü elektrik enerjisi sahəsində çox mühüm irəliləyişlərin olduğunu deyib:
“Azərbaycan çox güclü bərpa oluna bilən mənbələrə malik ölkədir. Xəzər dənizindəki külək tutumu və Naxçıvandakı günəş enerjisi tutumu təkcə Türkiyədəki şirkətləri deyil, bir çox beynəlxalq şirkəti də cəlb edir. Sadəcə resursların olması yetərli deyil. Eyni zamanda bazarın və tələbin də olması lazımdır. O anlamda Türkiyə ilə Azərbaycanın bir-birini tamamlayıcı rolu var”.