Türkiyənin xarici işlər naziri Hakan Fidan Çində 3 günlük səfərdədir.
"Unikal" xəbər verir ki, Türkiyənin Pekindəki səfirliyindən verilən məlumata görə, bu, onun xarici işlər naziri kimi Çinə ilk səfəridir.
İlk görüş Çin Xalq Respublikası Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi-Hüquq Komissiyasının sədri Çen Vençinqlə olub.
Fidanın Çinli sədr müavini Han Çjen ilə də görüşü gözlənilir. Danışıqların əsas mövzuları Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna müharibəsi olacaq.
O, Pekində görüşlərdən sonra Urumçi və Kaşğara səfər edəcək.