İspaniya "Barselona"sının 19 yaşlı müdafiəçisi Mikayıl Fay İngiltərə "Arsenal"ının maraq dairəsinə düşüb.

"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" jurnalı məlumat yayıb. Məlumata görə, "Barselona" Fayı 17 milyon funta "Arsenal"a satmaq istəyir. 

Qeyd edək ki, "Arsenal" müdafiəçi ilə maraqlanan yeganə İngiltərə klubu deyil. Onunla əvvəllər "Mançester Yunayted" də maraqlanırdı. Xatırladaq ki, Mikayıl Fay seneqallıdır, o, ötən il "Barselona" ilə müqavilə imzalayıb. Mövcud müqavilə 2027-ci ilə qədər qüvvədədir.

Ağarza Elçinoğlu