Fələstin Kolumbiya prezidenti Qustavo Petroya İsrail-Fələstin müharibəsi məsələsində "liderliyinə" görə "dövlət medalı" təqdim edib.
"Unikal" xəbər verir ki, Kolumbiyanın paytaxtı Boqotadakı Casa de Narino Prezident sarayında keçirilən mərasimdə Petro ilə yanaşı, Kolumbiyanın xarici işlər naziri Luis Gilberto Murillo və Fələstin xarici işlər naziri Riyad əl-Maliki də iştirak edib.
"Dövlət medalı"nı prezident Petroya təqdim edən Maliki Fələstinin məruz qaldığı haqsızlıqları dünyaya çatdırdığı üçün ona təşəkkür edib.
Petro çıxışında Fələstin xalqına və xarici işlər naziri Malikiyə təşəkkür edərək, "Həyatım boyu çoxlu medallar və dövlət ordenləri almışam, amma deyə bilərəm ki, bəlkə də həyatımın ən qiymətli medalı elə indi verilib", - deyib.
Xatırladaq ki, Kolumbiya Qəzzada Fələstin xalqına qarşı davam edən hücumları əsas gətirərək mayın 3-də İsraillə diplomatik əlaqələri rəsmən kəsdiyini açıqlayıb.
Gülayə Mecid