Dələduzluqda şübhəli bilinən şəxs müəyyən olunaraq saxlanılıb.
"Unikal" DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 1984-ci il təvəllüdlü Füzuli Qəhrəmanov saxlanılıb.
O, müxtəlif vaxtlarda üç nəfər şəxsin 47700 manat pulunu dələduzluq yolu ilə almaqda şübhəli bilinir.
Faktla bağlı araşdırma aparılır.