"Xalq Bank" “Zolotaya Korona” sürətli pul köçürmə sistemi üzrə yeni hədiyyəli kampaniyaya start verir.
"Unikal" xəbər verir ki, bu gündən etibarən "Xalq Bank"ın istənilən filialında “Zolotaya Korona” təcili pulköçürmə sistemi vasitəsilə əməliyyat edən hər kəs hədiyyə qazanmaq şansı əldə edəcək. Belə ki, 3 ay davam edəcək kampaniya ərzində hər ay 10 ən çox məbləğdə pul göndərən və 10 ən çox məbləğdə vəsait alan müştərilər fotoprinter, ağıllı saat, qulaqlıq, danışıq dəqiqələri və s. kimi müxtəlif dəyərli hədiyyələr əldə edəcəklər.
Kampaniya 31 avqustadək qüvvədədir. Qeyd edək ki, “Zolotaya Korona” sistemi ilə 50-dən çox ölkə üzrə 20 000-ə yaxın məntəqəyə sərfəli tariflərlə pul köçürmək və ya almaq mümkündür.
"Xalq Bank"ın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.