"Rabitəbank" müştərilərinin rahatlığı üçün POS terminal, Elektron ticarət, Smart Kassa və Mobil POS xidmətlərinin məsafədən sifarişlərini təqdim edir.
"Unikal" xəbər verir ki, nağdsız ödənişlərin inkişaf etdiyi dövrdə müasir və təhlükəsiz alış-veriş imkanlarından yararlanmaq istəyən müştərilər POS terminal xidmətlərinin sifarişini və rəsmiləşdirilməsini artıq banka gəlmədən rahat və sürətli şəkildə istənilən yerdən İnternet Bankçılıq (İB) ilə edə bilərlər. Müştərilər yalnız terminalın təhvil alınmasında fiziki olaraq iştirak edəcəklər.
Bundan başqa, "Rabitəbank" məsafədən POS terminal, Elektron ticarət, Smart Kassa və Mobil POS xidmətlərini sifariş edən biznes müştəriləri üçün xüsusi kampaniya elan edib. Kampaniya müddətində məsafədən Mobil POS sifarişi edən biznes müştərilərinə Kartmane Biznes debit kartı hədiyyə verilir, həmçinin məsafədən POS terminal sifariş edən biznes müştəriləri üçün ilk 6 ay xidmət haqqı olmayacaq və depozit məbləğinə 50% endirim ediləcək.
Xidmət haqqında daha ətraflı məlumatı linkə keçid edərək əldə etmək olar: https://rbt.az/posterm
"Rabitəbank" ASC 16 region və Bakı şəhəri də daxil olmaqla ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, "Rabita Mobile" tətbiqi, İnternet Bankçılıq platforması, "RabitaBot" çatbotu və 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.