Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini Leyla Osmanovanı vurub.
"Unikal"ın məlumatına görə, Leyla Şabran şəhər Roman Yusifov adına 2 nömrəli tam orta məktəb- liseyin 10-cu sinif şagirdi olub.
Osmanova Leyla Fariz qızı həmin məktəbin tarix müəllimi Xubyarova Nərminin övladıdır.