Şabranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan "Unikal"a verilən məlumata görə, bu gün saat 19:30 radələrində Şabran rayonu ərazisində rayon sakini Məmmədəli Quliyev idarə etdiyi "Opel" markalı avtomobil ilə yolu keçən piyada 2008-ci il təvəllüdlü rayon sakini L.Osmanovanı vurub.
Müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şabran RMX-çatdırılan şəxs orada ölüb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
*** 21:01
Şabran rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Unikal”ın Şimal bürosunun məlumatına görə, hadisə rayonun Şabran şəhərinin mərkəzində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil 2008-ci il təvəllüdlü Osmanova Leyla Fariz qızını vurub.
Piyada Şabran Rayon Mərkəzi xəstəxanasına çatdırılsada, həkimlərin səylərinə baxmayaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.
Xanlar Qaraca