Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”nə dair bəyanat yayıb.
"Unikal" xəbər verir ki, bəyanatda vurğulanıb ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha təsdiqləyir və 9 iyun 2024-cü il tarixində Gürcüstanın Tsxinvali bölgəsində keçirilmiş qondarma “parlament seçkiləri”ni, həmçinin onların nəticələrini tanımır.