Birləşmiş Ştatlar Rusiya ilə onilliklər boyu davam edən qarşıdurmadan qəfil geri çəkilərsə, Avropada xaos yarana bilər.

"Unikal" xəbər verir ki, bu fikri amerikalı analitik Maks Berqman CBS telekanalına müsahibəsində səsləndirib.

Ekspert vurğulayıb ki, ABŞ uzun müddətdir ki, Rusiya Federasiyası ilə qarşıdurma şəraitində Avropanı silahlara daha çox vəsait xərcləməyə sövq etməyə çalışır. Ukraynadakı münaqişə isə bunu etməyə imkan verdi. Aİ ölkələri hazırda ÜDM-in iki faizindən çoxunu müdafiəyə ayırır.

“Avropanın müdafiəsi ABŞ-dən asılıdır. Bizim son 75 ildə istədiyimiz də bu idi: Avropa ölkələri bizə hücumda əsas oyunçu olmağa imkan versin”, - analitik bildirib.