SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi magistraturaya qəbulda respublika üçüncüsü olub. BANM-in Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbəsi Taleh Qədimov magistraturaya II cəhd üzrə qəbul imtahanlarında 91.5 bal toplayıb. 

"Unikal" xəbər verir ki, Taleh 2019-cu ildə 655.5 balla qəbul olub. Təhsil aldığı müddət ərzində ən aktiv tələbələr sırasında öz yerini alıb. BANM-in yığma futbol komandasında, eləcə də basketbol komandasında iştirak edib. 

Halliburton şirkətinin Yay təcrübə proqramında “Wireline Logging” sahəsi üzrə təcrübə keçəcək. İkiaylıq təcrübə proqramı isə iyulda başlayacaq. 

Tələbəmizi təbrik edir, uğurlar arzulayırıq!