Rusiya hökuməti Ermənistana və erməni xalqına xəyanət edib.
"Unikal" erməni KİV-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.
"Qeyri-dost hərəkətlərə gəlincə, 2020-ci ildən sonra öz hərəkətlərinə baxsınlar. Ermənistan özünü həmişə sadiq tərəfdaş kimi aparıb. O, uşaq kimi inanırdı, son ana qədər ümid edirdi ki, Rusiya Federasiyası Ermənistanı tək qoymayacaq, Ermənistanı və erməni xalqını tərk etməyəcək. Ermənistan və erməni xalqına Rusiya hökuməti tərəfindən xəyanət edilib. Bu sözə görə min dəfə üzr istəyirəm. Bizi aldatdılar, tək buraxdılar.
Minlərlə raketin İsrail istiqamətində necə getdiyini, donanmanın İsrail sərhədlərinə necə yaxınlaşdığını və İsrailə düşən raketləri vurmağa başladığını bir az təəccüb və həsədlə izlədim. Kiprdən havaya qalxan təyyarələr İsrailə müttəfiq kimi kömək etməyə başladı. Rusiya 2020-ci ildə o qədər zəif idi ki, Xəzərdə Azərbaycana bir az da yaxınlaşan gəmi yox idi? Var idi, yoxsa yox?", - deyə o bildirib.
Ağarza Elçinoğlu