Malavi prezidenti Lazarus Çakvera vitse-prezident Saulos Çilimanı daşıyan təyyarənin radarlardan itməsi ilə əlaqədar axtarış-xilasetmə əməliyyatına göstəriş verib.
"Unikal" xarici KİV-ə isitnadən xəbər verir ki, Çakvera baş vermiş hadisə səbəbindən Baham adalarına səfərini ləğv edib.
Daha əvvəl bildirilib ki, vitse-prezidenti daşıyan təyyarə Malavinin paytaxtı Lilonqve hava limanından havaya qalxdıqdan sonra radarlardan itib.
*** 20:21
Malavi vitse-prezidenti Saulos Çilimanı və daha 9 nəfəri daşıyan təyyarə radarlardan itib.
"Unikal" xarici mediaya isitnadən xəbər verir ki, təyyarə Malavinin paytaxtı Lilonqvedən havaya qalxdıqdan sonra onunla əlaqə kəsilib.
Saulos Çilima 31 may 2014-cü ildən Malavinin vitse-prezidentidir və 51 yaşı var.
Nuranə Abbasova