Neftçalada 74 yaşlı kişinin meyiti aşkarlanıb.

"Unikal" report-a istinadən xəbər verir ki, hadisə rayonun “Qoltuq” deyilən yaşayış massivində qeydə alınıb.

Belə ki, yerli sakin 1950-ci il təvəllüdlü Həsənov Mürsəl Rəsul oğlunun meyiti yaşadığı evdə aşkarlanıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası və hüquq-mühafizə orqanları cəlb olunub.

M. Həsənovun evdə tək yaşadığı bildirilir. Faktla bağlı araşdırma aparılır.