Rusiya Aerokosmik Qüvvələrinə məxsus Su-34 təyyarəsinin Şimali Osetiya dağlarında qəzaya uğramasından sonra heç bir itki və dağıntı olmayıb.

"Unikal" xəbər verir ki, bu barədə respublikanın rəhbəri Sergey Menyailo məlumat verib.

"Rusiyaya məxsus Su-34 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində tələfat və dağıntı yoxdur - qəza dağlarda baş verib", - o, aydınlıq gətirib.

***08:41

Rusiya Aerokosmik Qüvvələrinin Su-34 təyyarəsi planlı təlim uçuşu zamanı Şimali Osetiya dağlarında qəzaya uğrayıb, ekipaj üzvləri həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Təyyarənin qəzaya uğramasının ilkin səbəbi texniki nasazlıqdır”, - deyə məlumatda bildirilib.