İyunun 17-də Ermənistan parlamentində hökumətin istefası ilə bağlı müraciətin gündəliyinə uyğujn olaraq növbədənkənar sessiya keçiriləcək.
"Unikal" xəbər verir ki, bu barədə parlamentin spikeri Alen Simonyan müvafiq əmri imzalayıb.
"Ermənistan Respublikası Konstitusiyasının 100-cü və “Parlamentin reqlamenti” Konstitusiya qanununun 41-ci maddələrinə uyğun olaraq, deputatların təşəbbüsü ilə 17 iyun 2024-cü il saat 18:30-da Parlamentin növbədənkənar sessiyasının gündəliyi aşağıdakı kimidir:
Hökumətin istefası və yeni hökumətin formalaşdırılmasının zəruriliyi ilə bağlı Milli Məclisin müraciətinin layihəsi", - Sərəncamda deyilir.
Ağarza Elçinoğlu