Moldova parlamentinin spikeri İqor Qrosu rusiyalı müğənni Filip Kirkorovun ölkəsinə girişinə qoyulan qadağanın götürülməsinə reaksiya verib.
"Unikal" xəbər verir ki, bu barədə "Sputnik Near Abroad" "Telegram" kanalı məlumat yayıb.
"Niyə o, rus dünyasının nə qədər səxavətli olduğunu söyləmək üçün bura gəlir!? Xeyr, buna icazə verməyəcəyik!" - spiker bildirib.
O, Moldova hakimlərindən qərar qəbul edərkən “siyasi kontekst” və “dünya vəziyyəti”ni rəhbər tutmağı tələb edib.
İyunun 3-də məlum olub ki, Kişinyov məhkəməsi Filip Kirkorovun Moldovaya giriş qadağasını ləğv edib.