"Qohum əlaqəsi olan insanlar arasındakı nikah münasibətləri daha çox islam dünyasında geniş yayılıb. Məsələn, Britaniyada yaşayan pakistanlıların 50-55 faizi qohumlar arasında olan nikaha üstünlük verir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında deputat Nurlan Həsənov deyib.

Deputat həmkarı Rəşad Mahmudov erkən nikahların beynəlxalq hüquq baxımından problem yarada biləcəyi ilə bağlı sualına cavab olaraq bildirib ki, beynəlxalq hüquqda bu məsələ ilə bağlı qadağanedici norma tapmayıb:

"Avropa ölkələrinin qanunvericiliyinə baxsaq, Almaniyanın ailə qanunvericiliyində, İsveçrədə bununla bağlı qadağalar var. Düşünmürəm ki, bu qadağalar beynəlxalq hüquqla bağlı Azərbaycana hər hansı problem yaratsın".

Anar Kəlbiyev