"Sabah" futbol klubunun gənc oyunçusu Amid Alxasov faciəvi şəkildə vəfat edib.

"Unikal" xəbər verir ki, gənc futbolçu çayda çimərkən boğulub.

Faciəvi hadisə Qusar rayonunda baş verib.

Qeyd edək ki, mərhum futbolçu son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasında keçirib.

*** 21:20

Müqavilə əsasında "Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandasına məxsus olan Amid Alxasov vəfat edib.

"Unikal"" xəbər verir ki, son mövsümü icarə əsasında "Səbail"in U-19 komandasına keçirən futbolçu faciəvi şəkildə dünyasını dəyişib.