ABŞ-nin Corciya ştatının Atlanta şəhərində ticarət mərkəzində baş vermiş atışma zamanı 4 nəfər ölüb.
"Unikal" xəbər verir ki, hadisə mərkəzin restoranlar yerləşən mərtəbəsində baş verib. Atlanta polisinin verdiyi məlumata əsasən, ölənlərdən üçü ziyarətçidir.
Şübhəli şəxs hadisə zamanı güllələnib.
Polis hadisənin səbəblərini araşdırır.