2024-cü ilin birinci rübünün yekunlarına görə, Azərbaycandan xarici ölkələrə pul köçürmələrinin həcmi 131 milyon ABŞ dolları olub.

"Unikal" xəbər verir ki, bunu Mərkəzi Bankın Statistika departamentinin direktoru Samir Nəsirov brifinqində deyib.

"Birinci rübün yekunlarına görə, Azərbaycandan pul köçürmələrinin həcminə görə ilk beşliyə 38,6 milyon ABŞ dolları ilə Türkiyə, 16,2 milyon dollarla Rusiya, 14,6 milyon dollarla Gürcüstan, 14 milyon dollarla ABŞ və 6,8 milyon dollarla Böyük Britaniya daxildir", - o deyib.